SON DƏQİQƏ
» » Övladını əmizdirdiyi foto qalmaqala səbəb oldu

Övladını əmizdirdiyi foto qalmaqala səbəb oldu

Tarix:

31-07-2017, 21:13

/ 3 606 dəfə oxundu.
Övladını əmizdirdiyi foto qalmaqala səbəb oldu

Qırğızıstan prezidentinin kiçik qızının alt paltarında körpəsini əmizdirdiyi foto, əmizdirmə və seksuallıq ilə bağlı qalmaqala səbəb olub.
Aprel ayında sosial mediada şəkil paylaşan Aliyə Şaqiyeva yazıb: 
"Mən körpəmi istədiyi yerdə və istədiyi vaxtda əmizdirəcəm". 
O, hərəkətinə ədəbsiz davranış damğası vurulduqdan sonra, paylaşımı silsə də, bildirib ki, qalmaqala səbəb qadın bədənini seksuallaşdıran mədəniyyətdir. 
"Mənə verilən bədən vulqar deyil. O funksionaldır və körpənin ehtiyaclarını ödəmək üçündür".
Aliyə Şaqiyevanın sözlərinə əsasən, qalmaqala səbəb qadın bədənin seksuallaşdırılmasıdır. 
Onun hərəkətindən narazı qalan təkcə sosial media istifadəçiləri olmayıb. Valideynləri, prezident Almazbek Atambayev və xanımı Raisə də bunu bəyənməyiblər. 
"Bu onların xoşuna gəlmədi və bu tamamilə anlaşılandır, çünki, gənc nəsillər valideynlərindən daha az mühafizəkar olur".  
Xanım Şaqiyeva sosial medianın aktiv istifadəçisidir. Öz sənət əsərləri və özünün, həyat yoldaşı və övladının da şəkilləri daxil olmaqla tez-tez paylaşımlar edir. Onun şəkilləri adətən geniş açılan mənzərələr fonunda çəkilir. 
Xanım Şaqiyevanın şəkillərinin əksəriyyəti Qırğızıstan mənzərələri fonunda çəkilir.  
Əmizdirmə təkrarlanan mövzudur. 
"Mən körpəmi əmizdirərkən onun üçün edə bildiyim ən yaxşı şeyi etdiyimi düşünürəm. Övladımın qayğısına qalmaq və onun ehtiyaclarını ödəmək, insanların haqqımda dedikləri sözlərdən daha vacibdir", - deyə Şaqiyeva bildirib.(Axşam.az)
GUNAZ.az

Övladını əmizdirdiyi foto qalmaqala səbəb oldu

 

Övladını əmizdirdiyi foto qalmaqala səbəb oldu

 



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ