"Russia Today" telekanalının jurnalisti Xalid əl-Xatib İŞİD terrorçuları tərəfindən öldürülüb. Hadisə bu gün Suriyanın Es-Suxna rayonunda baş verib. Ərazidə həyata keçirilən anti-terror əməliyyatlarını işıqlandıran jurnalist terrorçuların hədəfinə tuş gəlib. Xalid əl-Xatib eyni zamanda Dəməşq universitetinin tələbəsi idi.(Report)