SON DƏQİQƏ
» » “Eurovision-2017” başlayır - Təmsilçimiz bu gün səhnəyə çıxacaq

“Eurovision-2017” başlayır - Təmsilçimiz bu gün səhnəyə çıxacaq

Tarix:

9-05-2017, 16:46

/ 3 635 dəfə oxundu.
“Eurovision-2017” başlayır - Təmsilçimiz bu gün səhnəyə çıxacaq

Bu gün Ukraynanın paytaxtı Kiyevdə "Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.
Birinci yarımfinalda Azərbaycan, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və digər ölkələri təmsil edən iştirakçılar səhnəyə çıxacaqlar.
Mahnı yarışmasının ikinci yarımfinalı mayın 11-nə planlaşdırılır. Final isə mayın 13-də olacaq. Müsabiqədə ümumilikdə 42 ölkədən musiqiçilər iştirak edirlər.
Xatırladaq ki, müsabiqənin rəsmi açılış mərasimi mayın 7-də olub.
Budəfəki mahnı müsabiqəsi siyasi qalmaqalla yadda qalıb. Ukrayna tərəfi Krımdakı çıxışına görə Rusiya müğənnisi Yuliya Samoylovanı ölkəyə buraxmayıb. Bu səbəbdən Rusiyanın 1-ci telekanalı "Eurovision-2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib.
"Eurovision-2017"də Azərbaycanı Diana Hacıyeva təmsil edəcək. 
Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 16 saylı orta məktəbi, sonra Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva "Eurovision 2011”-in seçim turlarında iştirak edib.
Təmsilçimiz Diana Hacıyeva "Skeletons" mahnısını ifa edəcək. Mahnının bəstəkarı və prodüserləri İsa Məlikovla Sandra Bermandır. (modern)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ