SON DƏQİQƏ
» » Rusiya “Eurovision-2017”-ni yayımlamaqdan imtina etdi

Rusiya “Eurovision-2017”-ni yayımlamaqdan imtina etdi

Tarix:

13-04-2017, 21:15

/ 1 703 dəfə oxundu.
Rusiya “Eurovision-2017”-ni yayımlamaqdan imtina etdi

Rusiyanın "Pervıy kanal” telekanalı "Eurovision-2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib. APA-nın RNS-ə istinadən verdiyi xəbərə görə, bu barədə telekanalın mətbuat xidmətindən bildirilib.
"Bu gün Avropa Yayım İttifaqından (AYİ) "Pervıy kanal”a daxil olan məktubda AYİ-nin Yuliya Samoylovanın "Eurovision-2017”  mahnı müsabiqəsində iştirakı məsələsini nizamlaya bilmədiyi qeyd edilib. Yaranmış vəziyyətdə "Pervıy kanal” telekanalı "Eurovision-2017” mahnı müsabiqəsinin yayımlanmasını mümkünsüz hesab edir”, - deyə telekanalın mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni  Rusiyanı "Eurovision-2017”–də  "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.  

GUNAZ.az

скачать dle 12.1

Şərhlər