Pakistan qüvvələri ilə toqquşmalarda ölən əfqan hərbçilərinin sayı ən azı 297-yə çatıb, 450-dən çoxu yaralanıb.
GunAz.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar X-də yazıb.
Onun sözlərinə görə, qonşu ölkədə 29 hədəfə aviazərbə endirilib.
Həmçinin, Əfqanıstanın 89 nəzarət məntəqəsi məhv edilib, daha 18-i isə nəzarətə götürülüb.
Bundan əlavə, tanklar, zirehli personal daşıyıcıları və artilleriya da daxil olmaqla 135-dən çox hərbi texnika sıradan çıxarılıb.
Qeyd edək ki, 26 fevraldan etibarən Pakistan və Əfqanıstan arasında toqquşmalar başlayıb. Pakistan Əfqanıstanla açıq müharibəyə girdiyini elan edib.