SON DƏQİQƏ

Dəmiryolçu Rusiya casusu çıxdı

Tarix:

25-03-2017, 07:37

/ 4 728 dəfə oxundu.
Dəmiryolçu Rusiya casusu çıxdı

Latviya dövlət dəmir yolu şirkətinin (Latvijas) əməkdaşı Aleksandr Krasnoperovu Rusiya xeyrinə casusluğa görə saxlanılıb.

 Bu haqda LETA-ya istinadən Qazeta.ru yazıb.

Latviya Baş prokurorluğunun mətbuat katibi Kristina Sutuqina bildirib ki, Aleksandr Krasnoperov 2015-ci ilin 21 oktyabrından 23 sentyabr 2016-cı il tarixinə kimi Rusiyanın tapşırığı üzrə Yelqava şəhərinin dəmir yolu stansiyasında məxfi informasiyanın toplanması ilə məşğul olub. Dəmir yolu işçisinin əsas məqsədi müşahidə və video arxivlər sistemlərindən videomaterialları toplamaq olub. Həmin video materiallarda həmçinin Latviyada NATO hərbi texnikasının yerdəyişməsi də əksini tapıb.(Publika.az)

Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər