SON DƏQİQƏ
» » İslam ölkəsi işğalçı prezidentə qucaq açdı - Video

İslam ölkəsi işğalçı prezidentə qucaq açdı - Video

Tarix:

22-03-2017, 14:52

/ 3 263 dəfə oxundu.
İslam ölkəsi işğalçı prezidentə qucaq açdı - Video

Ermənistan prezidenti Serj Sərksiyan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. Səfər işgüzar məqsədi daşıyır. Paytaxta Əbu-Dabi hava limanında Sərkisyanı BƏƏ-nin baş nazirinin müavini, prezident məsələləri üzrə naziri Şeyx Mənsur ibn Zayd əl-Nahayyan qarşılayıb.
Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, təntənəli qarşılanma mərasimindən sonra S.Sərkisyan Şeyx Mənsur ibn Zaydəl-Nahayyanla söhbət edib. Erməni prezident Ermənistan-Birləşmiş Ərəb Əmirlikləri investisiya forumunun təşkilatçılığına və aldığı dəvətə görə təşəkkür edib, həmçinin bundan sonrakı əməkdaşlıq imkanları haqda müzakirələr olub. Sərkisyan daha sonra BƏƏ-nin iqtisadiyyat naziri Sultan əl-Mənsurla görüşüb.
 Xatırladaq ki, BƏƏ-nin də qatıldığı İslam Konfransı Təşkilatı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını və Xocalı soyqırmını pisləyən qətnamələr qəbul edib.( Musavat.com )

 

 
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər