SON DƏQİQƏ

İŞİD və Talibana ağır zərbə: 55 ölü

Tarix:

17-03-2017, 02:20

/ 5 945 dəfə oxundu.
İŞİD və Talibana ağır zərbə: 55 ölü

Əfqanıstanın cənub və şərq bölgələrində İŞİD və Talibana qarşı həyata keçirilən əməliyyatlar nəticəsində 55 terrorçu öldürülüb.
Bu barədə Əfqanıstan Müdafiə Nazirliyindəki mənbə məlumat yayıb.
"Əfqanıstanın Hərbi Hava Qüvvələri cənub və şərq əyalətlərdə terrorçulara qarşı genişmiqyaslı əməliyyat təşkil edib. Nəticədə Talibanın 47, İŞİD-in 8 üzvü öldürülüb. Nanqarharda İŞİD-in mövqeləri məhv edildi. Cihadçılar daha öncə işğal etdiyi bölgələrdən qaçdılar. Mülki şəxslər arasında itki yoxdur”, - deyə qeyd edilib.
Öldürülənlər arasında yüksək rütbəli terrorçuların da olduğu vurğulanıb.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ