SON DƏQİQƏ

Latviya Belarusla sərhəddə hasar tikəcək

Tarix:

8-03-2017, 19:36

/ 5 765 dəfə oxundu.
Latviya Belarusla sərhəddə hasar tikəcək

Latviya Belarusla sərhəddə hasar tikəcək.
Bunu Latviya Dövlət Sərhəd Mühafizə Xidmətinin rəisi Normunds Qarbars bildirib.
On kilometrlərlə uzunluqda olacaq hasarın çəkilməsində məqsəd Belarusdan qeyri-leqal miqrasiyanın və sərhəd pozuntularının qarşısının alınmasıdır. Bununla bağlı tender elan edilib və martın 20-də başa çatacaq. Hasarın tikintisinə 2018, yaxud 2019-cu ildə başlayacaq.  
Qeyd edək ki, Latviya 2015-ci ildə Rusiya ilə sərhədin müxtəlif sahələrində 90 km uzunluqda hasar tikilməsi barədə qərar qəbul edib. Hazırda Latviya Rusiya ilə sərhədin 23 kilometrinə hasar çəkib.(APA)

Gunaz.az

скачать dle 12.1

Şərhlər