SON DƏQİQƏ
» » Daha bir ölkə Rusiya sərhədinə qoşun yeridir

Daha bir ölkə Rusiya sərhədinə qoşun yeridir

Tarix:

14-02-2017, 22:29

/ 4 133 dəfə oxundu.
Daha bir ölkə Rusiya sərhədinə qoşun yeridir

Bir sıra NATO ölkələrinin ardınca İspaniya da Rusiya sərhədlərinə hərbi bölmələrini göndərir.

Publika.az "Delfi” portalına istinadən xəbər verir ki, İspaniya 6 "Leopard 2E” tankı, 10 "Pizarro” tırtıllı zirehli avtomobili və 350 hərbi qulluqçunu Latviyaya göndərmək niyyətindədir.

Qeyd edək ki, NATO 2016-cı ildə keçirilən Varşava sammitində Latviya, Litva, Estoniya və Polşanın xahişi ilə bu ölkələrdə çoxmillətli batalyonların yerləşdirilməsi haqqında qərar verib. Latviya 2004-cü ildən NATO-nun üzvüdür.

Gunaz.az

скачать dle 12.1

Şərhlər