SON DƏQİQƏ
» » Ərdoğanın xəbərdarlığı: TBMM İsrailə görə təcili toplanır

Ərdoğanın xəbərdarlığı: TBMM İsrailə görə təcili toplanır

Tarix:

5-10-2024, 14:31

/ 2 410 dəfə oxundu.
Ərdoğanın xəbərdarlığı: TBMM İsrailə görə təcili toplanır

Türkiyə parlamenti oktyabrın 8-də qapalı iclasda İsrailin bölgədəki hərəkətlərini və onun yaratdığı təhdidləri dəyərləndirəcək.
GunAz.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş məlumat yayıb.
“Hökumət 8 oktyabrda İsrail mövzusunda parlamentə məlumat verəcək. Xarici işlər və müdafiə nazirləri vəziyyətlə bağlı məruzə edəcəklər”, - o bildirib.
Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın İsrailin növbəti hədəfinin Türkiyə olduğu barədə açıqlaması geniş rezonansa səbəb olub. Bu səbəbdən CHP-nin parlament fraksiyası Böyük Millət Məclisinin qapalı toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış edib.
скачать dle 12.1

Şərhlər