SON DƏQİQƏ
» » Ərdoğan hökumətlərarası iki sazişi təsdiqləyib

Ərdoğan hökumətlərarası iki sazişi təsdiqləyib

Tarix:

1-06-2024, 13:17

/ 3 494 dəfə oxundu.
Ərdoğan hökumətlərarası iki sazişi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha iki sazişi təsdiqləyib.
GunAz.az xəbər verir ki, bununla bağlı fərman “Resmi Qazete”də dərc olunub. 
Fərmanla 2022-ci il dekabrın 22-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” qüvvəyə minib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən isə sənəd 2023-cü il martın 18-də təsdiq edilib.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğan 2023-cü il noyabrın 13-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”i də təsdiqləyib.
Sənəddə mədəni irs, kino, teatr, incəsənət, muzeylər, kitabxanaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Saziş, həmçinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyası kontekstində iki ölkə arasında qarşılıqlı fəaliyyəti gücləndirmək məqsədi daşıyır. (Oxu.az)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ