SON DƏQİQƏ
» » BMT-də Fələstinlə bağlı fövqəladə sessiya keçirilir

BMT-də Fələstinlə bağlı fövqəladə sessiya keçirilir

Tarix:

10-05-2024, 19:58

/ 2 653 dəfə oxundu.
BMT-də Fələstinlə bağlı fövqəladə sessiya keçirilir

BMT Baş Assambleyasında Fələstinin təşkilata tamhüquqlu üzvlüyü ilə bağlı fövqəladə sessiya keçirilir.
GunAz.az xəbər verir ki, qətnamə layihəsi barəsində BMT Baş Assambleyasında təşkilata üzv olan 109 ölkənin qurumdakı daimi nümayəndəsi tərəfindən müzakirələr aparılır.
Çıxışlardan sonra günün ikinci yarısında qətnamə layihəsi səsverməyə çıxarılacaq.
Sənəddə Fələstin xalqının öz müqəddəratını təyinetmə və dövlət qurmaq hüququ yer alır və BMT Baş katibi qətnamənin icrası üçün lazımi addımlar atmağa çağırılır.
Fələstinin tamhüquqlu üzvlüyü üçün səslərin üçdə ikisi onun “lehinə” olmalıdır.
Xatırladaq ki, Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət etmiş, lakin bu müraciət lazımi dəstəyi almamışdı.//Reportскачать dle 12.1

Şərhlər