SON DƏQİQƏ
» » "Reina" terrorçusunun həbsdə olan xanımından maraqlı istək

"Reina" terrorçusunun həbsdə olan xanımından maraqlı istək

Tarix:

4-02-2017, 10:27

/ 6 571 dəfə oxundu.
"Reina" terrorçusunun həbsdə olan xanımından maraqlı istək

İstanbulun "Reina" klubunda 39 nəfəri qətlə yetirən terrorçu Abdulqadir Maşaripovun xanımı Zərinə Nurullayeva da həbs edilib.
O, yaş yarımlıq qızı ilə birlikdə həbsxanaya göndərilib.
Zərinə Abdullayeva məhkəmədə ifadəsində deyib:
"Mənim haqqımda səsləndirilən fikirlərin çoxu yalandır. 20 gündür qaldığım evdə İŞİD ilə bağlı mövzü açılmayıb və onların da İŞİD üzvü olduğundan xəbərim yox idi. 1 ildir ki, Türkiyəyə gəlmişəm. Türkiyəyə Abdulqadir ilə birlikdə İrandan qanunsuz yollarla keçib gəlmişik.
Ərim hadisədən 3 gün əvvəl evdən çıxdı, sonra bu hadisələr baş verdi. Onun başı bütün günü kompüterə qarışmışdı.
Hadisədən sonra məni qaldığımız evdən başqa yerə apardılar. Ərimin dostuna bu barədə sual verəndə "Az danış" deyə sərt cavab verdi.
Bizi tutmazdan öncə iki nəfər gəlib uşağımın əynini geyindirməyimi istədi, İrana aparacaqlarını bildirdi və dedilər ki, Abduqladirin bundan xəbəri var.
Oğlumu tapmağıma yardım edin. Mənim bu hadisələrlə əlaqəm yoxdur. Sərbəst qalmağımı tələb edirəm. Ərim də məni tərk etdi, getdi. İki uşaqla ortada qaldım".
Gunaz.az
скачать dle 12.1

Şərhlər