SON DƏQİQƏ
» » Bakı erməni feykini iki zərbə ilə darmadağın etdi

Bakı erməni feykini iki zərbə ilə darmadağın etdi

Tarix:

13-12-2022, 23:35

/ 2 467 dəfə oxundu.
Bakı erməni feykini iki zərbə ilə darmadağın etdi

- Xankəndinə qaz verilişi dayandırılıb;

- Bir neçə günə tibbi ləvazimatlar qurtaracaq;

- Uşaqlar küçədə qalıb, evlərinə qayıda bilmir;

- Enerji təchizatı, benzin və dizel yanacağı, zəruri ərzaq təminatı kəsilib;

- İrəvana aparılması planlaşdırılan ağır xəstələr var.

Və bu kimi iddialar Ermənistanın "Azərbaycan Qarabağda "humanitar fəlakət” törədir” kampaniyasına hesablanmış dezinformasiyalardır. Bu kampaniyanı daha da genişləndirəcəklər, erməni diasporu/lobbisi də bu istiqamətdə aktivləşəcək. Ötən ilin qışında qaz kəsiləndə də eyni taktikaya əl atmışdılar.

Artıq təcrübəsi olan rəsmi Bakı bu kampaniyaya qarşı iki gediş etdi:

Birincisi, ölkədə akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşeləri məlumatlandırdı;

İkincisi, erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu bəyan etdi.

Bu işin daha geniş şəkildə davam etdirilməsi zərurəti var:

- ermənilərin dezinformasiyasına qarşı faktları xarici mediaya çıxarmaq olar;

- erməni əhalisinə yardımların edilməsi praktiki formada nümayiş etdirilə bilər: misal üçün, Xankəndiyə göndərilməsi üçün ərzaq və tibbi ləvazimatlardan ibarət yüklər hazırlamaq, bunu nümayiş etdirmək lazımdır; bununla həm dünya, həm də ermənilərə Bakının yardım bəyanatının reallığına dair müsbət siqnallar göndərmək olar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ