SON DƏQİQƏ
» » KTMT missiyası İrəvana gəldi, Papikyanla görüşdü

KTMT missiyası İrəvana gəldi, Papikyanla görüşdü

Tarix:

15-09-2022, 23:42

/ 1 277 dəfə oxundu.
KTMT missiyası İrəvana gəldi, Papikyanla görüşdü

KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarına əsasən, sentyabrın 15-də təşkilatın əməliyyat qrupu monitorinq missiyası məqsədilə Ermənistana gəlib.

GunAz.az erməni mediasına istinadən xəbər verir ki, missiyaya KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov rəhbərlik edir.

Nümayəndə heyəti Ermənistan müdafiə naziri Suren Papikyanla görüşüb.

Erməni nazir Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı missiya üzvləri ilə müzakirə aparıb.

Bildirilib ki, qrup yaxın günlərdə Ermənistan Baş Qərargahında və hərbi əməliyyatların aparıldığı ərazilərdə olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ