SON DƏQİQƏ

FHN Xaçmazdakı yanğınla bağlı məlumat yaydı

Tarix:

11-07-2022, 20:03

/ 1 783 dəfə oxundu.
FHN Xaçmazdakı yanğınla bağlı məlumat yaydı

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir

Hazırda yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinə məxsus "BE-200ÇS” amfibiya tipli təyyarə və 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, Xaçmaz Rayon İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub. 

Əlavə məlumat veriləcək.

скачать dle 12.1

Şərhlər