SON DƏQİQƏ

HAVA PROQNOZU: İsti olacağı gözlənilir

Tarix:

7-01-2017, 13:18

/ 3 017 dəfə oxundu.
HAVA PROQNOZU: İsti olacağı gözlənilir

Yanvarın 8-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə duman, gecə çiskinli olacaq. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.  
Havanın temperaturunun gecə 1-4, gündüz 9-14, Bakıda gecə 2-4, gündüz 11-13° isti olacağı gözlənilir.     
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-14°, bəzi yerlərdə 17°-dək isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir. 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ