SON DƏQİQƏ

Bakı-Sumqayıt qatarında nə baş verdi?

Tarix:

16-06-2022, 20:54

/ 1 126 dəfə oxundu.
Bakı-Sumqayıt qatarında nə baş verdi?

Bu gün səhər saat 10:00 radələrində Keşlə stansiyasının girişində kontakt şəbəkədə elektrik enerjisinin olmaması səbəbindən Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkət edən elektrik qatarının hərəkətində ləngimə qeydə alınıb.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, kontakt şəbəkəsini qidalandıran fider xəttində yaranmış nasazlığın aradan qaldırılması üçün dərhal tədbirlərə başlanılıb.

Qeyd edək ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki 6 saylı Dartı Yarımstansiyasından çıxan yüksəkgərginlikli hava elektrik xətlərinin altında və mühafizə zonasında qanunsuz tikilən yaşayış və qeyri-yaşayış obyektlərinin yerləşməsi ağır texnikanın qəza baş verən əraziyə daxil olmasına çətinliklər yaradıb.

Saat 10:37-də qatarların hərəkətini bərpa etmək mümkün olub. Hazırda qatarlar cədvələ uyğun hərəkət edir. Hadisə aidiyyatı üzrə araşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ