SON DƏQİQƏ
» » Bakıdakı Həştərxan İş Mərkəzində keçirilən müsabiqəyə yekun vuruldu

Bakıdakı Həştərxan İş Mərkəzində keçirilən müsabiqəyə yekun vuruldu

Tarix:

20-12-2021, 09:27

/ 1 325 dəfə oxundu.
Bakıdakı Həştərxan İş Mərkəzində keçirilən müsabiqəyə yekun vuruldu

Dekabrın 17-18 tarixlərində  Həştərxan Dövlət Universitetinin  Bakıdakı  Həştərxan İş  Mərkəzində  təşkil  etdiyi   B.İ.Dalın  220  illik   yubileyinə həsr olunmuş yaradıcılıq layihələrinin müsabiqəsinə  yekun  vurulub. Azərbaycan, Belarus, Qazaxıstan və Özbəkistandan olan tələbələr müsabiqəyə öz işlərini təqdim  etmişdilər.

Müsabiqənin nəticələrinə əsasən, Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Tədris Kompleksinin tələbələrindən ibarət  komanda qalib elan edilib.

İkinci yeri  Qomel şəhər 11 nömrəli orta məktəb (Belarus Respublikası) şagirdlərinin hazırladığı layihə tutub.

Üçüncü yeri isə  M.Utemisov adına Qərbi Qazaxıstan Universitetinin və Berdax adına Qaraqalpaq Dövlət Universitetinin tələbələri bölüşüblər.

скачать dle 12.1

Şərhlər