SON DƏQİQƏ

Bakıda bu yolda sürət həddi endirildi

Tarix:

10-11-2021, 18:05

/ 2 217 dəfə oxundu.
Bakıda bu yolda sürət həddi endirildi

Bakıda müşahidə edilən qeyri-sabit hava şəraiti ilə bağlı paytaxtın əsas magistrallarında sürət həddi endirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

"Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar" - deyə, Agentlik qeyd edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ