SON DƏQİQƏ

Vətən müharibəsi qazisinə vəzifə verildi

Tarix:

10-06-2021, 10:08

/ 3 549 dəfə oxundu.
Vətən müharibəsi qazisinə vəzifə verildi

Yardımlı rayonunda Vətən müharibəsinin 23 yaşlı iştirakçısı Abbas Bünyadlıya vəzifə verilib.

Bu barədə Yardımlı Rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Əli İskəndərov feysbukda bildirib.

Onun sözlərinə görə, rayonun Ostayır kənd sakini A.Bünyadlı icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndəsi təyin edilib.

Qeyd edək ki, A.Bünyadlı Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) bitirib.

O, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa, Laçın uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Ali Baş Komandan tərəfindən "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ