SON DƏQİQƏ
» » Şəhid xanımının ürəkdağlayıcı ÜRƏK SÖZLƏRİ

Şəhid xanımının ürəkdağlayıcı ÜRƏK SÖZLƏRİ

Tarix:

25-05-2021, 20:41

/ 3 364 dəfə oxundu.
Şəhid xanımının ürəkdağlayıcı ÜRƏK SÖZLƏRİ

Keçən ilin bu günü. 21.05.2020
Həmişəki kimi gecə saat 12 olan kimi yeni yaşımı təbrik edən sən oldun. Alnımdan öpüb " Sona yaxşı ki, sən varsan,varımsan. Bu həyata bir də gəlmə şansım olsa yenə sənin böyüməyini gözləyib, səninlə evlənərdim."
Və bunu heç kimdən utanmadan, çəkinmədən həmişə hamının yanında da deyirdim.
Günorta görüntülü zəng elədin:
-Sona "kuxnya"da "şkaf"da proteinim qalıb bir bax gör ordadı?
-Tez tələsik mətbəxə gaçıb şkafi açdım və gördüm ki, bir balaca hədiyyə qutusu. Bilirdim ki, məni hədiyyəsiz qoymayacagsan. Aldığın isə son model telefon idi. Çox sevindim və soruşdun:
-Xoşun gəldi? İnşəallah bu telefondan gözəl xəbərlər eşidərsən. Gözəl sözlər deyərəm sənə. Səni sevirəm.
-Amin dedim.
30 mənə heç düşmədi Cənab Leytenant. Həmin o telefondan sənin şəhid xəbərini oxudum. Dünya başıma yıxıldı və altında qaldım əzildim, amma səndən mənə ən gözəl HƏDİYYƏ, MƏNƏ əmanət qoyub getdiyin iki gözəl oğlumuz oldu. Hər şey üçün çox sağol Sevgilim, məni xoşbəxt etdiyin üçün, sevgini iliklərimizə qədər doya doya yaşadığımız üçün.
Neçə gözəl SƏNLİ illərə...
Allah cəmi şəhidlərimizə rəhmət etsin, şəhid xanımların isə səbr diləyirəm.
ŞƏHİD XANIMI .
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ