SON DƏQİQƏ

El səni alqışlayır, sağol deyir ay Zakir.

Tarix:

28-07-2017, 22:23

/ 4 337 dəfə oxundu.
El səni alqışlayır, sağol deyir ay Zakir.

13 yaşından bu günə kimi, 30 ildən artıq səhnədə bir xalqın sevimli bir sənətkarı kimi könüllərə oxşayan nəğmələrlə bütün dünyada təkrarolunmaz, şirin səsiylə xalqlarn qəlbinə yol tapıb, şöhrətə, hörmətə layiq olan Azərbaycan Əməkdart artisti, insanpərvər, xeyirxah, xoş xasiyyət, sakit təbiətli Zakir Əliyeva ithaf edirəm bu tarixi şeirimi.

Sən dünyaya gəlmisən, kürün sahillərində,
Qonağpərvər muğanın Neftçala tək elində
Azərbaycanım mənim adlı nəğmə dilində.
Sən oxuya-oxuya tanınmısan ay Zakir,
Bu gözəl səsin sənə Allah verib pay Zakir.

Səsin qədim muğamdan el-obaya yayılıb,
Muğamı sevənlərin sevimlisi sayılıb.
Oxuyanda bağlarda bülbülləri ayıldıb,
Xalqın sənətkarı tək sevilirsən ay Zakir.
Hələki, təbin, səsin səsi yoxdu tay Zakir.

Gözəl sənətkar kimi eldən-ellərə gedir,
Qürbət eldə yaşayan xalqımızı yad edir.
Azəri nəğmələrlə könülləri şad edir.
El səni alqışlayır, sağol deyir ay Zakir.
Gözəllər görüşünə gəlir güllə birbəbir.

Tanınırsan aləmdə toylar kralı kimi,
Toyu gözəl aparan gözəl səsin hakimi.
Sənin aşiqlərindir dünyanın hər sakini,
Səni əzizləyirlər hər obada ay Zakir.
Deyirlər tayın yoxdur bu dünyada ay Zakir.

30 ildir səhnədə xalqa qulluq eyləyir,
Toyda gəlinə, bəyə xöşbəxt olsunlar deyir.
Hamı gəlib önündə sağol deyir, baş əyir,
Sən toyların bəzəyi, bəzəyisən ay Zakir,
Gələcək məclislərin gərəyisən ay Zakir.

Gözəllər gül-çiçəklə yığılır görüşünə,
Sənə sağol deyərək, gül də taxır döşünə.
Hər gün alqışlanırsan səhnədə dönə-dönə,
Deyirlər ki, səsindən yoxdur, yoxdur ay Zakir,
Sənə Allah-təaladan paydır səsin pay, Zakir.

Hələki heç kəs bilmir Zakir kimin yarısan,
De, hansı bir gözəlin sadiq vəfadarısan.
Sən Azərbaycan xalqın gözəl sənətkarısan,
Qonağpərvər muğamın mərd oğlusan ay Zakir.
Sənə yaxşılıqda da tay tapılmaz, tay Zakir.

Səsinə qanad verib muğamda kürün suyu,
Xalqa qulluq edirsən səsinlə ömrün boyu.
Aparıcı olmusan yüzlərlə gözəl toyun,
Xöşbəxtlik diləyirsən cavanlara ay Zakir.
Yolun uğurlu olsun getsən hara ay Zakir.

Mahnım oxuyanada adımı çəkmir çoxu,
Bu mahnıların şahı, bağbandan çələng toxu.
Oxu, oxu yaralanmanı adımı çək sən oxu.
Unutma bu nəğməkar Şərafəti ay Zakir
Allah uzun ömürdən versin sənə pay Zakir.

Sənə qol-qanad verir muğanın ceyranları,
Xalqlar səni səsləyir uzaq ellərə sarı
Sən elə sənətkarsan vətənə etibarlı
Mən səni çox sevirəm xeyirxahsan ay Zakir,
Allah-təaladan sənə düşsün yüz il pay Zakir.
75 mahnının müəllifi,
qızıl qələm mükafatı laueratı,
Nəğmə şairə ŞƏRAFƏT DAĞISTANLI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər