Vəli ƏDİBOĞLU
Şair var şeirlər, yazaraq olur,
Şair var sevgisin, taparaq olur.
Mən səni tapanda şair olmuşam.
Şair sənətinə nöqtə qoymuşam.
Şair mən oldumsa, şeir sən oldun,
Safca bir sevgiylə sənə vuruldum.
Şairin şeiri sevdiyi qədər ,
Gözəl gözlərinin aşiqi oldum.
Dünyanın ən gözəl şeiri sənsən,
Eşq şeirlərinin sətiri sənsən,
Gül baxçasındaki bütün güllərin.
Məst edən, can alan, ətiri sənsən.
Kəlbəcər
30.12.2020