Bu günlərdə dunya görmüş el ağsaqqalı , xeyirxah insan , şair Rafiq Zəbaninin ilk şeirlər kitabı isıq üzü görmüsdür .
R.Zəbani Astara rayonunun Ərçivan kəndində yasayır.
2015- ci ildə Rafiq müəllim həyat yoldaşı ilə birlikdə ağır avtomobil qəzası keçirib.
Yeddi gün koma vəziyyətində qalıb.Komadan ayıldıqdan sonra, sanki yenidən doğularaq başqa aləmə düsüb və onda usaqlıqdan şair olmaq arzusu onu tək buraxmayıb.
Şair olmaq üçün söz axtarmayıb. Çünki, söz onu məcbur edib ki, yazıb yaratsın. Bir - birindən maraqlı şeirlər yazaraq bir müddət gizli saxlayıb. Nəhayət ki kitabını çap etdirmək qərarına gəlib.
Şeirlərinin əksəriyyətini əzbərdən söyləyən Rafiq Dadaş oğlu Cəfərov Zəbani təxəllüsü ilə məşhurlaşmağa başlayıb.
İlahidən ilham alan şairin ata - babası dövrünün sayılıb - sećilən ziyalılarından olub.
Ana babası Hacı Kazım kişi isə o divrdə çətinliklə də olsa Məkkə ,Mədinə və Kərbəlada müqəddəs ziyarətgahlarda olmuş və o dövrün mütərəqqi fikirli , savadlı , ərəb və fars dillərini mükəmməl bilən el ağsaqqalı olub.
Rafiq Zəbani Cəfərov ata kökündən cənub bölgəsində böyük nüfuz sahibi olmuş Hacı Bağır Cəfərov nəslindəndir Xeyirxahlıqda ata və ana kökünə çəkmiş Rafiq Zəbani son dərəcə vətənpərvər, qonaqpərvər və zəhmətkeş insandır.
Rafiq Zəbaninin " Ölüm yuxusunun şairliyi " adlı şeirlər kitabında müxtəlif mövzulu - vətənpərvər , ilahi, fəlsəfi , məhəbbət və lirik şeirləri toplanmısdır.
Kitab " Ekoprint" mətbəəsində nəfis tərtibatda çap olunmusdur.
Bədii redaktoru olaraq bildirim ki, kitabın ərsəyə gəlməsində naşir Ceyhun Əliyevə , texniki redaktor Natiq Pasayevə , təcrübəli dizayner İradə Əhmədovaya , cildçi Çimnaz İsmayılovaya təsəkkur edirəm.
Rafiq müəllimlə məni istedadlı sair dostumuz, Agdam səhərində vaxtilə mehriban qonsumuz olmuş və hazırda İzraildə yaşayan German Əlioğlu tanıs edərək demisdi :
" - Rauf, bu kişi el ağsaqqalıdir, yaxşı insandir. Bir az seirlərə əl gəzdirmişəm.Yaxşıdır, Köməkliyini əsirgəmə."
Rafiq müəllimlə tanıs olduq.
Son dərəcə yüksək insani keyfiyyətlərə malik olan Rafiq Zəbaninin şeirləri diqqətimi cəlb etdi.
Şeirlərini oxuduqca bu insanda olan dərin düsüncə tərzinin sahidi oldum və çox sevindim. Yazdıgım ürək sözlərimi qısa da olsa kitaba daxil edmişəm.
Kitaba geniş və təhlili ön söz yazmış sair- publisist Germana dərin təşəkkür edirəm.
Rafiq Zəbanı növbəti , qəzəllər, satirik və məhəbbət mövzulu , eyni zamanda aforizmlərindən ibarət digər kitablarını da çap etdirmək ərəfəsindədir.
İnanıram ki bu seirlər kitabı müəllifə daha çox ugur qazandıracaqdır.
Təbrik edirəm , uğurların bol olsun Rafiq müəllim.
Növbəti kitabların da tezliklə isıq üzü görər , inşallah .
Rauf İlyasoğlu ,
GunAz.az