SON DƏQİQƏ

Azərbaycan kubokunun finalı başladı - CANLI

Tarix:

24-05-2021, 20:04

/ 2 568 dəfə oxundu.
Azərbaycan kubokunun finalı başladı - CANLI

Bu gün  Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçirilir.

GünAz.az xəbər verir ki, "Bank Respublika Arena”da oynanılan həlledici matçda "Keşlə” və "Sumqayıt” üz-üzə gəlir.

 

"Sumqayıt” bu mövsüm Premyer Liqada da bürünc medallara sahib çıxıb və avrokuboklara vəsiqəni təmin edib. "Keşlə” isə ölkə çempionatını 6-cı pillədə başa vurub. Bakı təmsilçisi qalib gələcəyi təqdirdə, Konfrans Liqasında oynamaq hüququ qazanacaq. "Sumqayıt” kubokun qalibi olsa, Premyer Liqada 4-cü olan "Zirə” avrokuboklarda iştirak edəcək.

24 may

19:30. "Keşlə” – "Sumqayıt” – 0:0 (İlk hissə)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

"Bank Respublika Arena”

скачать dle 12.1

Şərhlər