SON DƏQİQƏ

Bu gün Azərbaycan kuboku sahibini tapacaq

Tarix:

24-05-2021, 11:06

/ 3 551 dəfə oxundu.
Bu gün Azərbaycan kuboku sahibini tapacaq

Bu gün Azərbaycan kubokunda 2020/21 mövsümünün final oyunu keçiriləcək.

GünAz.az xəbər verir ki, "Bank Respublika Arena”da oynanılacaq həlledici matçda "Keşlə” və "Sumqayıt” üz-üzə gələcək.

 

Əliyar Ağayevin idarə edəcəyi görüş saat 19:30-da başlayacaq.

"Sumqayıt” bu mövsüm Premyer Liqada da bürünc medallara sahib çıxıb və avrokuboklara vəsiqəni təmin edib. "Keşlə” isə ölkə çempionatını 6-cı pillədə başa vurub. Bakı təmsilçisi qalib gələcəyi təqdirdə, Konfrans Liqasında oynamaq hüququ qazanacaq. "Sumqayıt” kubokun qalibi olsa, Premyer Liqada 4-cü olan "Zirə” avrokuboklarda iştirak edəcək.

24 may

19:30. "Keşlə” – "Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

"Bank Respublika Arena”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ