SON DƏQİQƏ
» » UNESKO missiyası gələn ay Azərbaycana gələcək

UNESKO missiyası gələn ay Azərbaycana gələcək

Tarix:

20-05-2021, 22:21

/ 1 425 dəfə oxundu.
UNESKO missiyası gələn ay Azərbaycana gələcək

Ümid edirəm ki, gələn ay UNESKO missiyası Azərbaycana gələcək.

GunAz.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.

"Uzun illərdir UNESKO-nu işğal olunmuş əraziləri ziyarət etməyə dəvət etməyə çalışırdıq. Ancaq cavab alırdıq ki, UNESKO siyasi mübahisələr məsələsinə qarışmır. Belədə bütün işğal illərində UNESKO missiyası olmayıb. Ancaq İkinci Qarabağ müharibəsi başa çatan kimi UNESKO-dan bu ərazilərə səfər etməklə bağlı istəklər almağa başladıq. Bu dəyişikliyin baş verməsinə görə şadam. İndi onların gəlişi üçün UNESKO ilə logistika üzrə danışıqların son mərhələsindəyik”, - dövlət başçısı söyləyib.

Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan UNESKO-nun Ermənistan tərəfinin Azərbaycanın milli və mədəni irsi ilə nələr etdiyini görməsini istəyir.


скачать dle 12.1

Şərhlər