SON DƏQİQƏ
» » Qazaxın kəndləri, Kərkinin taleyi və Zəngəzurla bağlı VACİB XƏBƏR - “Axşam SURPRİZ olacaq”

Qazaxın kəndləri, Kərkinin taleyi və Zəngəzurla bağlı VACİB XƏBƏR - “Axşam SURPRİZ olacaq”

Tarix:

20-05-2021, 15:12

/ 3 674 dəfə oxundu.
Qazaxın kəndləri, Kərkinin taleyi və Zəngəzurla bağlı VACİB XƏBƏR - “Axşam SURPRİZ olacaq”

"Gün əvvəlcə Rusiya prezidenti Putinin Əliyevə zəngi ilə başladı. Masada bu müzakirə vardı. Azərbaycan və Rusiya prezidentlərinin ümumi fikrinə görə, nizamlama yalnız siyasi-diplomatik metodlarla aparılmalıdır. Vladimir Putin qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə razılıq əldə olunmasına yönəlmiş konsultativ köməklik göstərməyi davam etdirəcək”.

Bu barədə GünAz.az-a açıqlamasında Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli fikir səsləndirib. O bildirib ki, mövzu Qaragöl və digər yerlərdə baş verən proseslər, üstəgəl, dəhlizin taleyi ilə bağlı olub: "Az sonra 40°08’02.4″N 45°56’58.9″E kordinatlarında Azərbaycan əsgərlərinin sərhədlərimizi pozan erməni silahlılarını qovduğu haqda görüntülər yayıldı. Məlum oldu ki, düşmən tərəfi bütün dünyanı ayağa qaldırıb və minimum nail olmağa çalışır ki, hərbçilərimizin birinin səbri tükənsin, ermənilərdən kimsə öldürülsün, yəni ilk gülləni kim atacaq məsələsi. Daha sonra Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri razılıq sənədi yayımlayıb. Bildirib ki, sənəd artıq imzalanıb, Ermənistan mediasına görə, hər iki tərəf yeni razılığa gəlib. Razılığa görə, Ermənistan Azərbaycana əraziləri güzəştə gedəcək”.

 

Əziz Əlibəylinin sözlərinə görə, Ermənistanda ən ciddi və təhlükəli adam hesab etdiyimiz Ara Ayvazanın bu razılaşmaya qarşı olduğu bildirilib: "Gecəyə doğru isə Ermənistan hökuməti binasının qarşısına çox sayda insan yığılır. Onlar torpaq güzəştinə görə, Ermənistan hökumətinin dərhal istefa verməsini tələb edirlər. Və indi  Paşinyan İrəvanın Bakı ilə yeni bir sənəd imzalayacağını açıqlayıb. Ehtimallar isə belədir: "Yeni ərazilər dedikdə, SSRİ dövrünün xəritələri işə düşüb və iddiaya görə üç yanaşma tətbiq edilir: SSRİ xəritələri, coğrafi məqsədəuyğunluq, demarkasiya zamanı real mənzərə. Qazaxın kəndləri, Kərki kəndinin taleyi, Zəngəzur dəhlizi. Tərəddüd: 20 iyun seçkiləri Nikolun ən zəif tərəfidir. Axşama doğru əsas sürprizi isə vacib adamdan gözləyək”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ