SON DƏQİQƏ
» » Niyaməddin Musayev: “Gah öldüyümü yazırlar, gah da evə buraxıldığımı”

Niyaməddin Musayev: “Gah öldüyümü yazırlar, gah da evə buraxıldığımı”

Tarix:

16-04-2021, 08:14

/ 4 429 dəfə oxundu.
Niyaməddin Musayev: “Gah öldüyümü yazırlar, gah da evə buraxıldığımı”

Ötən gün yerli mediada xalq artisti Niyaməddin Musayevin vəziyyətinin pisləşməsi və ölüm xəbəri yayılıb.

GunAz.az xəbər verir ki, yayılan xəbərlərə münasibət bildirən sənətçi Nyus24.az-a açıqlamasında bütün bunların şayiə olduğunu vurğulayıb:

"Xəstəxanadayam, müalicələrim davam edir. Ümumi vəziyyətim pis deyil. Günü-gündən daha da yaxşı oluram. Yəni, irəliləyiş var. Peşəkar həkimlərimiz sağ olsun. Nə yaxşı ki, bu cür dövlətin vətəndaşıyam. Amma gün ərzində gic-gic xəbərlər oxuyuram. Gah öldüyümü yazırlar, gah da evə buraxıldığımı. Bunlar hamısı yalandır. Sevənlərimə böyük təşəkkürümü bildirirəm ki, daim diqqətlərindəyəm. Hər kəs narahatdır, mənə görə dua edirlər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ