SON DƏQİQƏ

Nazirlikdən pensiyalarla bağlı yeni MƏLUMAT

Tarix:

15-04-2021, 10:20

/ 3 670 dəfə oxundu.
Nazirlikdən pensiyalarla bağlı yeni MƏLUMAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Nazirlikdən GünAz.az-a bildirilib ki, aprelin 8-dən başlayaraq əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, aprelin 15-də isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.

 

Qeyd olunub ki, vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

скачать dle 12.1

Şərhlər