SON DƏQİQƏ

Mart hadisələri və Azərbaycanın xilaskar oğl

Tarix:

25-03-2021, 10:55

/ 4 064 dəfə oxundu.
Mart hadisələri və Azərbaycanın xilaskar oğl

Ümumiyyətlə, həmin dövrdəki hadisələri yaxından izləyənlər də yaxşı bilirlər ki, OMON-çuların məqsədi birmənalı olaraq dövlət çevrilişi etmək idi. Məhz bu səbəbdəndir ki, həmin dövrdə XTPD-yə Daxili İşlər Nazirliyinin daxilində qeydiyyatdan keçmək və bu qurumun tabeçiliyinə verilmələri ilə bağlı təkliflər olunsa da, OMON-çular hakimiyyətə müqavimət göstərmək qərarına gəldilər.

Açıq şəkildə qəzetlərə verdikləri müsahibələrdə Dövlət Şurası yaradacaqlarını, orada Elçibəy və Mütəllibovun da iştirak edəcəyini bəyan edən XTPD rəhbərliyi üstəlik, iddialar irəli sürür, bəzi vəzifəli şəxslərin istefasını təkidlə tələb edirdilər. Bir sözlə, xüsusi olaraq qeyd etmək lazımdır ki, konkret olaraq dövlətin himayəsi ilə yaradılmış həmin silahlı dəstə sonradan dövlətin əleyhinə olan qiyamçı dəstəyə çevrildi, dövlət başçısının çağırışlarına məhəl qoymayaraq, dövlətə tabe olmaqdan boyun qaçırdı. Bu, bir daha onu göstərir ki, 1995-ci ilin mart hadisələri məhz xalqın iradəsi ilə formalaşmış konstitusion hakimiyyətə qarşı silahlı qiyam, Azərbaycan dövlətçiliyinə qarşı xəyanətkarlıq idi. Xatırlatmaq yerinə düşər ki, dövlət çevrilişinə cəhd edən sözügedən qeyri-qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idi və ölkənin ağsaqqallarını, ziyalıları, hətta yaşlı atalarını belə dinləmədilər. Lakin onların bu məkrli niyyəti xalq tərəfindən dəstəklənmədi. Əksinə, Azərbaycan cəmiyyətində dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. R.Cavadovun adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri isə heç bir nəticə vermirdi.

Xalq Heydər Əliyev hakimiyyətinə dəstəyini hər vəchlə göstərirdi. Belə demək olar ki, mart çevrilişinin uğursuz olmasının ən təməl səbəblərindən biri Heydər Əliyevin sarsılmaz iradəsi, müdrik siyasəti idisə, digər səbəbi də xalqın Ulu Öndər Heydər Əliyevə birmənalı dəstəyi idi. Və nə yaxşı ki, Ulu Öndər bu cəhdlərin qarşısını vaxtında öz müdrikliyi, uzaqgörənliyi ilə almağa müvəffəq oldu. Xatırlatmaq lazımdır ki, həmin dövrdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə çox qısa bir müddətdə vətəndaş müharibəsinin alovları söndürüldü, ölkədəki silahlı dəstələr ləğv edildi, əhalidə saxlanılan külli miqdarda silah-sursat yığıldı, müharibədə uzunmüddətli atəşkəsə nail olundu, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı.

İbrahimova Ramidə,

36 saylı şəhər poliklinikasının baş həkimi


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ