SON DƏQİQƏ
» » Azərbaycanlı alim ABŞ-da peyvənd olundu – “Belə davam edərsə COVID-19 geniş yayılacaq”

Azərbaycanlı alim ABŞ-da peyvənd olundu – “Belə davam edərsə COVID-19 geniş yayılacaq”

Tarix:

15-03-2021, 12:10

/ 4 322 dəfə oxundu.
Azərbaycanlı alim ABŞ-da peyvənd olundu – “Belə davam edərsə COVID-19 geniş yayılacaq”

"Pfizer-BioNTech” COVID-19 Vaksininin 1-ci dozasını qəbul etdim. CDC-nin məlumatına görə, bu vaksinin effektivlik dərəcəsi 95 faizdir”.

GünAz.az xəbər verir ki, bu barədə ABŞ-da yaşayan tanınmış iqtisadçı alim Qubad İbadoğlu məlumat verib. O bildirib ki,  peyvənd olunduğu Nyu Cersey ştatının tədbirlər və sərgi üçün nəzərdə tutulan iri mərkəzində olarkən eyni zamanda minlərlə şəxsə xidmət edildiyinin şahidi olub: "Bu işə hərbçilər də cəlb olunublar. Məni qeydiyyata salan hərbçi xanım anam türkdür deyəndə çox sevindim. Bəxtimə də türk alimlərinin Uğur Şahin və Özləm Türəci cütlüyünün başçılığı altında çalışan alimlər qrupunun icad etdiyi Pfizer vaksini çıxdı. ABŞ-da indiyə qədər 100 milyondan çox vətəndaşa , hər gün isə 2 milyona yaxın insana vaksin vurulur. Bayden deyir ki, bu sürətlə davam edərək, ölkədə tam peyvəndləşmə mayın 1-dək bitəcək. Belə sürətli vaksinləşmə doğru yanaşmadır”.

 

Qubad İbadoğlunun sözlərinə görə, Azərbaycanda indiyə qədər 433,888 nəfərə vaksin vurulduğu açıqlanıb: "Bu, 2 ayın nəticəsidir. Belə sürətlə davam edərsə, bu il ərzində əhalinin 60 faizi peyvənd olunacaq. Doğrudur, vaksin heç də hər kəsə vurulmur, amma istənilən halda aşağı sürətdir. Belə davam edəcəksə, COVID-19 yenə də geniş yayılacaq və həm vətəndaşlar, həm də iqtisadiyyat üçün çətinlilklər yaradacaq. Odur ki, ölkədə peyvəndləşmə işi kütləviləşdirilməli və sürətləndirilməlidir. Başqa cür COVID-19-dan yaxa qurtara bilməyəcəyik”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ