SON DƏQİQƏ

İran "Pfizer"dən imtina etdi

Tarix:

8-01-2021, 23:17

/ 1 438 dəfə oxundu.
İran "Pfizer"dən imtina etdi

İran hökuməti 150 min dozada "Pfizer” vaksininin ölkəyə gətirilməsi yönündə əldə edilən razılaşmanı ləğv edib.

GunAz.az xəbər verir ki, bu barədə bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Bildirilib ki, qərar Ali lider Əli Xameneinin ABŞ və İngiltərə istehsalı olan vaksinlərin alınmasını qadağan etməsindən sonra verilib.

Məlumata görə, İran rəsmiləri Rusiya, Hindistan və Çin kimi ölkələrdən bir milyon doza vaksin almağı dəyərləndirir.

Qeyd edək ki, "Pfizer” vaksini ABŞ şirkəti "Pfizer” və Almaniyanın "BioNtech” firmasının müştərək istehsalıdır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ