SON DƏQİQƏ
» » Azərbaycan digər dünya dövlətləri ilə də uğurlu xarici siyasət qura bilmişdir

Azərbaycan digər dünya dövlətləri ilə də uğurlu xarici siyasət qura bilmişdir

Tarix:

9-03-2021, 08:55

/ 5 081 dəfə oxundu.
Azərbaycan digər dünya dövlətləri ilə də uğurlu xarici siyasət qura bilmişdir

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan digər dünya dövlətləri ilə də uğurlu xarici siyasət qura bilmişdir.

Azərbaycan müstəqil dövlətdir və bu müstəqillik Azərbaycan xalqının mərd oğul və qızlarının canı və qanı bahasına əldə edilmiş bir nailiyyətdir.

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan xarici siyasətində ciddi və etibarlı tərəfdaş kimi çıxış edən, güclü iqtisadiyyata və güclü orduya malik olan "Dövlət-vətəndaş birliyi”nin təşəkkül tapdığı bir ölkəyə çevrilmişdir. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan digər dünya dövlətləri ilə də uğurlu xarici siyasət qura bilmişdir. Artıq regionda heç bir layihə bizim dövlətin iştirakı olmadan həyata keçirilə bilməz.

Ancaq bütün uğurlarımıza baxmayaraq xalqımızın ürəyində qövr edən "Qarabağ yarası” bizim sevincimizin tam olmasına mane olurdu. 44 gün davam edən II Qarabağ müharibəsi milli qürurumuzu, şərəfimizi, ləyaqətimizi özümüzə qaytardı və bizə "Qalib xalq” adı bəxş etdi.Tarixdə ilk dəfə olaraq Azərbaycan işğal olunmuş torpaqlarımızı hərbi yolla geri qaytardı. Bu zəfər Müzəffər Ali Baş Komandamızın və onun müzəffər ordusunun keçirdiyi uğurlu əməliyyatlar və döyüşlər sayəsində qazanıldı.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin və Qazilərimizə tezliklə şəfa versin.

Qızğın döyüşlər getdiyi bir dövrdə Azərbaycan Prezidenti dünyanın nüfuzlu telekanalların nümayəndələrinə 30-dək müsahibə verərək, həqiqətləri öz dolğun və məntiqli cavablarıyla dünya ictimaiyyətinə çatdırdı ,xalqımızın və dünyada yaşayan bütün azərbaycanlıların sevimli liderinə çevrildi.

Hər dəfə rəzil, bişərəf, binamus, qorxaq, qəddar düşmənin dinc əhaliyə hücumundan sonra Ali Baş Komandan bir cümlə işlədirdi. "Biz bunun qisasını hərb meydanında alacağıq” və "Dəmir yumruq” faşistlərin başına enərək onları məhv edirdi.

Bütün müsahibələrində Prezident bir məsələyə də həmişə toxunuraq deyir ki, Azərbaycan pasportu daşıyan hər bir erməni bizim vətəndaşımızdır. Azərbaycan qanunlarının qoruması altındadır.

İlham Əliyev 26 fevral 2021-ci ildə Xocalı soyqrımın 29-cu ildönümü ildə günü keçirdiyi və 4 saat davam edən mətbuat konfrasında 35 media qurumunun 50-dək sualını 4 dildə ətraflı və məntiqli şəkildə cavablandıraraq yeni rekorda imza atdı.

Düşünürəm ki, bu tarix də təsadüfi deyildi, bu günü seçməklə Prezident Xocalı soyqrımını bir daha dünya ictimaiyyətinin yadına saldı bu faciəni unutmayacağımızı və unutdurmayacağımızı bir daha qeyd etdi.

Azərbaycanın 30 ildə başına gələn bütün bəlalara baxmayaraq, "Xalq-Prezident” birliyi nəticəsində biz ayağa qalxdıq, güclü iqtisadiyyat, güclü ordu qurduğ və bütün qonşu dövlətlərlə sülh tərəfdaşlıq və dostluq şəraitində regionun lider dövlətinə çevrildik.

Bütün bunları yazaraq, düşünürəm ki, biz xoşbəxt xalqıq. Ona görə ki, bizim İlham Əliyev kimi savadlı, ağıllı, müdrik, sözünü deməyi bacaran və hər dediyi hər kəlmənin arxasında duran , möhkəm iradəli və "Dəmir yumruqlu” bir Prezidentimiz var. Azərbaycanın inkişafı naminə ona bu həyatda möhkəm can sağlığı arzu edirəm və onun məhşur cümləsi ilə fikrimi tamamlamaq istəyirəm: "Cənab Prezident, sayənizdə Qarabağ Azərbaycandır!”

 

 Xatirə Əsədova

Bakıxanov qəsəbəsi, 271 nömrəli tam tarix müəllimi



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ