SON DƏQİQƏ
» » Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan

Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan

Tarix:

8-03-2021, 11:32

/ 4 069 dəfə oxundu.
Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan

Uğurlu xarici və daxili siyasət nəticəsində Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın iştirak etdiyi regioanal miqyaslı, qlobal xarakterli layihələrin uğurla reallaşdırılması onun beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirmişdir

 

Azərbaycanım ! Sənə bəxş olunan nemətlər yerləşdiyin əlverişli strateji mövqe tarix boyu diqqət mərkəzində olmağına səbəb oldu. Bəzən də bu nemətlər, zənginlik , əlverişli coğrafi mövqe bəlamız oldu. Ardı- arası kəsilməyən basınların, işğalların səbəbi oldu.

Lakin Azərbaycanım müstəqillik əldə edəndən sonra Ümummilli lider Heydər Əliyevin başlatdığı uğurlu xarici siyasət nəticəsində bu nemətlər ölkənin inkişafı yolunda təkamül rolunu oynadı. 1994- cü il 20 sentyabrda imzalanan " Əsrin müqaviləsi " ilə dünyanın aparıcı dövlətlərini ölkəmizə cəlb edən ümummilli lider Heydər Əliyev imza atdığı müqavilənin hər bəndini sonuna qədər icra etdiyinə, xarici şirkətlərin həm maraqlarını, həm təhlükəsizliyini təmin etdiyinə görə dünyaya Azərbaycan kimi tərəfdaş ölkənin etibarlılığını sübut etmiş oldu.

Ümummilli liderin yaratdığı bu imici Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla və layiqincə davam etdirmişdir. Uğurlu xarici və daxili siyasət nəticəsində Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın iştirak etdiyi regioanal miqyaslı, qlobal xarakterli layihələrin uğurla reallaşdırılması onun beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirmişdir.

Bundan başqa ölkəmiz qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Bu baxımdan ölkəmizin Birləşmiş Millətlər Təşkilatının ( BMT ) Təhlükəsizlik Şurasına, o cümlədən Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik etməsini qeyd edə bilərik.

Bu məsələni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə işıqlandırmışdır: " Bizə beynəlxalq ictimaiyyət tərəfindən olan inam artır. Azərbaycan çox etibarlı tərəfdaş kimi tanınır və bölgədə sabitləşdirici rol

oynayır " .

Cənubi Qafqazın təhlükəsizlik zəmanəti olan Azərbaycanın xarici siyasət kursunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsini də qeyd etmək lazımdır. Bir çox nüfuzlu tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın etibarlı dövlət olmasının bariz nümunəsidir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın , xalqlararası əməkdaşlığın inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi : " Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun

Siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır " .

Azərbaycanın apardığı bu uğurlu xarici siyasət 44 günlük Vətən müharibəsində də öz bəhrəsini verdi. Bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən " Qoşulmama hərəkatı " , " İslam Əməkaşlıq Təşkilatı” və s. təşkilatlar bu müharibədə Azərbaycanın ərazi bütövlüyünü tanımış və onun apardığı haqq mübarizəsində dəstəkləmişlər.

 

 

 Dilşad Quliyeva

Maştağa qəsəbəsi, 209 nömrəli məktəbin müəllimi Dilşad Quliyeva

скачать dle 12.1

Şərhlər