SON DƏQİQƏ

Bakıda xüsusi çörəklərin qiyməti qalxdı

Tarix:

25-02-2021, 11:22

/ 193 dəfə oxundu.
Bakıda xüsusi çörəklərin qiyməti qalxdı

Azərbaycanda soyuq hava şəraiti çörəyin qiymətinə də təsirsiz ötüşməyib.

Yolların buz bağlaması səbəbilə təkcə bir günlük - ötən gün yaşanan çörək qıtlığı bu gün çörəyin qiymətinin qalxmasına səbəb olub.

Belə ki, dünənə kimi 1,30 manata satılan "doyumluq təndir lavaş”ının qiyməti bu gün 1,54 manat olub.

İçərisində 10 ədəd olan "dönər lavaş”ının qiyməti isə 1,20-dən 1,44-ə yüksəlib.

Qiymət artımı baton çörəklərində də müşahidə edilib. Belə ki, 400 qram olan doğranmış baton çörəyi ötən gün 55 qəpik idisə, bu gün 70 qəpiyə satılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ