SON DƏQİQƏ
» » Küləkli havaya görə Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ

Küləkli havaya görə Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ

Tarix:

17-02-2021, 18:46

/ 6 838 dəfə oxundu.
Küləkli havaya görə Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ

Xəzər dənizi akvatoriyasında küləkli hava şəraiti ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib.

Bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib. O bildirib ki, küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına təhlükəsizlik üçün sığınacaqlarda dayanmalarını təmin etmələri tapşırılıb: 

"Hava şəraiti ilə əlaqədar artıq qabaqlayıcı təhlükəsizlik tədbirləri görülüb, gəmilər hazırda sığınacaqlardadırlar. Dənizdə onların yenidən fəaliyyəti 18 fevral axşam saatlarından sonraya nəzərdə tutulub".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ