SON DƏQİQƏ
» » Bakıda hərbi forma geyinərək dilənçilik edən “qazi”

Bakıda hərbi forma geyinərək dilənçilik edən “qazi”

Tarix:

8-02-2021, 13:59

/ 5 908 dəfə oxundu.
Bakıda hərbi forma geyinərək dilənçilik edən “qazi”

Bakıda özünü müharibə iştirakçısı kimi təqdim edərək dilənən şəxs yaxalanıb.

Hadisə paytaxtın Yasamal rayonunda baş verib. Özünü Vətən müharibəsinin iştirakçısı və yaralı kimi təqdim edən şəxs hərbi forma geyinərək rayon ərazisində dilənçilik etməyə başlayıb. Yasamal rayon 26-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs saxlanılaraq polis bölməsinə gətirilib.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs Vətən müharibəsinin iştirakçısı deyil və heç bir xəsarəti yoxdur.

Faktla bağlı araşdırmalar aparılır.


скачать dle 12.1

Şərhlər