SON DƏQİQƏ
» » Xətaidə mərkəzi istiliyin verilməsi dayandırıldı – Açıqlama

Xətaidə mərkəzi istiliyin verilməsi dayandırıldı – Açıqlama

Tarix:

3-02-2021, 11:21

/ 6 743 dəfə oxundu.
Xətaidə mərkəzi istiliyin verilməsi dayandırıldı – Açıqlama

Xətai rayonu Gəncə prospektinin bir hissəsində mərkəzi istiliyin verilməsi dayandırılıb.

Bu barədə Xətai sakinləri bildirib. Onlar ötən gündən istiliyin verilməsinin dayandırıldığını, lakin ərazidə hansısa təmir işlərinin aparılmadığını qeyd ediblər.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Azəristiliktəchizat ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, istiliyin verilməsində yaranan problem həmin ünvandakı MTK ilə bağlıdır:

"Qəza Folklor MTK-nın həyətində, yəni məhlədaxili xətdə baş verib. Əslində həmin xəttin təmirini MTK özü etməlidir. Lakin onlar bunu bacarmadığı üçün "Azəristiliktəchizat”a müraciət ediblər. Artıq xəttin təmiri üçün ASC işçilərinə göstəriş verilib. Evlərə istiliyin verilməsinin gün ərzində bərpa ediləcəyi gözlənilir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ