SON DƏQİQƏ

500 manatlıq əsginazı hazırlayan danışd

Tarix:

22-01-2021, 16:03

/ 5 975 dəfə oxundu.
500 manatlıq əsginazı hazırlayan danışd

Bir neçə gündür sosial şəbəkələrdə paylaşılan 500 manatlıq əsginazın dizayneri mənəm. Sözün düzü, onun bu qədər marağa səbəb olacağını düşünmürdüm.

Bu sözləri qrafik dizayner, rəssam Rəsul Həsən üzərində Şuşa qalası və Qarabağ atının əks olunduğu 500 manatlıq əsginaz hazırlaması haqda danışarkən deyib.

O bildirib ki, 500 manatlıq əsginaz bir müştərisinin sifarişi olub:

"500 manatlıq əsginaz eskiz halında idi. Bunu bir müştərimin sifarişi əsasında hazırlamışdım. Müştərimiz suvenir hazırlamaq üçün belə bir şey sifariş vermişdi. Daha sonra sifarişi ləğv etdi. Mən də üzərində bir az da işlədim. Özüm də bəyəndim və sosial şəbəkələrdə sürətlə yayıldı.

Gələcəkdə Mərkəzi Bank dövriyyəyə 500 manatlıq əsginaz buraxmaq qərarına gəlsə, məmnuniyyətlə bu dizaynı təqdim edə bilərəm. Sosial şəbəkələrdən də gördüyüm qədərilə insanların xoşuna gəlib”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ