SON DƏQİQƏ
» » Azərbaycana qarşı beynəlxalq təzyiqlər YOLVERILMƏZDIR

Azərbaycana qarşı beynəlxalq təzyiqlər YOLVERILMƏZDIR

Tarix:

16-11-2020, 12:09

/ 5 235 dəfə oxundu.
Azərbaycana qarşı beynəlxalq təzyiqlər YOLVERILMƏZDIR

Azərbaycan özmilli maraqları çərçivəsində istənilən dövlət, beynəlxalq təşkilatla bərabər hüquqlu, konstruktiv əməkdaşlıq etməyə hazırdır, lakin heç bir halda təzyiq və diktat metodlarını qəbul etmir və etməyəcək. Azərbaycanın öz inkişaf yolu, bütün məsələlərə, o cümlədən, demokratik inkişafa öz baxışı var və ölkəyə kənardan zorla hər hansı şərtin qəbul etdirilməsi mümkün deyil.

 

Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir, öz milli maraqlarına uyğun və qarşılıqlı maraq kəsb edən məsələlərin gündəmə çıxarılması, müzakirə olunması və müvafiq qərarlar qəbul edilməsini dəstəkləyir. Bununla yanaşı, kənar qüvvələrin təsiri altında bəzi təşkilatlar da Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir.
Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması istiqamətdə danışıqlar hazırda konstruktiv şəkildə davam edir. Avropa Parlamentinin və Avropa İttifaqının qəbul etdiyi sənədlərdə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində həll olunması birbaşa öz əksini tapıb. Yəqin ki, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan həm iqtisadi, həm siyasi konstruktiv əlaqələr, yəni, münasibətlərin yüksələn xətlə inkişafı Azərbaycanı istəməyən qüvvələri ciddi narahat etməyə başlayıb və onlar Azərbaycana qarşı növbəti dəfə ikili standartlar mövqeyindən, reallıqdan uzaq çıxışlar ediblər. Ancaq bu müzakirələrə baxarkən gördük ki, Avropa Parlamentinin deputatları tərəfindən aparılan müzakirələr bir istiqamətdə təşkil olunub. Azərbaycan-Avropa İttifaqı danışıqlarının dayandırılması, bu prosesə əngəl törədilməsi və məsələnin gündəmdən çıxarılması. Bu, Azərbaycana qarşı açıq-aşkar qeyri-obyektiv münasibətin göstəricisidir. Halbuki bu gün Avropa Parlamentinin özünün müzakirəsini gözləyən xeyli problemləri var. Misal üçün, Fransada gedən proseslər. Bu, kifayətdir ki, Avropa Parlamenti Avropa İttifaqı daxilində olan problemləri müzakirə etsin. Ancaq görürük ki, bu dərəcədə ciddi bir məsələ kənara qoyulub və heç bir əsası olmayan, reallığı əks etdirməyən məsələlərlə bağlı müzakirələr təşkil edilir. Erməni təşkilatlarının saytlarına baxdıqda, onların Azərbaycana qarşı fəaliyyət həyata keçirdiyini açıq şəkildə görmək mümkündür. Hətta onlar tərəfdaşlarından istifadə edərək Azərbaycan qarşı qətnamələr qəbul etdirdiklərini özləri də etiraf edirlər.

 

Onu da qeyd etmək lazımdır ki, bu cür ikili standartlar Avropa Parlamentinin deyil, bu qurumun daxilində Azərbaycana qarşı işləyən qüvvələrin növbəti antiazərbaycan cəhdidir. Lakin əminlikdə demək olar ki, bu cəhd heç bir nəticə verməyəcək. Azərbaycanla Avropa İttifaqı, o cümlədən, Milli Məclis ilə Avropa Parlamenti arasındakı konstruktiv əməkdaşlıq davam etdiriləcək.

 

Səfərova Səriyyəxanım,

7 saylı Birləşmiş Şəhər xəstəxanasının baş həkimi


скачать dle 12.1

Şərhlər