SON DƏQİQƏ
» » Erməni separatçılarının cəzasını Azərbaycan ordusu verəcək

Erməni separatçılarının cəzasını Azərbaycan ordusu verəcək

Tarix:

29-10-2020, 21:54

/ 4 449 dəfə oxundu.
Erməni separatçılarının cəzasını Azərbaycan ordusu verəcək

27 ildir ki, düşmən tapdağı altında, işğalda qalan ərazilərimiz bir-birinin ardınca azad edilir. 1 ay ərzində 180-dən artıq kənd, 4 şəhər, 3 qəsəbə, bir neçə yüksəklik əldə edilmiş, düşmənin 2 milyarddan çox hərbi texnikası məhv edilmiş və hərbi qənimət kimi götürülmüşdür. İşğaldan azad edilən kəndlərdə, strateji yüksəkliklərdə dalğalanan bayraqlarımızın hər biri qəhrəmanlıq salnaməmizə şəhidlərimizin qanı ilə yazılan zəfər müjdəsidir.

Biz Azərbaycan Ordusunun yüksək peşəkarlığına və Vətənə bağlılığına güvənir, ona arxalanırıq. Otuz ildən çoxdur ki, mənfur düşmən torpaqlarımızın iyirmi faizini işğal altında saxlayırdı. Bu illər ərzində dövlətimiz münaqişənin dinc yolla həlli üçün əlindən gələni etsə də, işğalçı Ermənistan hər dəfə təxribata əl atdı. Prezident İlham Əliyev beynəlxalq səviyyəli konfrans və tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırır, Azərbaycanın haqlı mövqeyini bəyan edərək, ölkəmizin öz ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa etmək hüququnu dönə-dönə xatırladırdı.

Bu gün isə dünya artıq Ermənistanın işğalçı siyasətinə, Azərbaycanın isə tarixi ədalətin bərpası üçün mübarizə apardığına şahidlik edir. İndi bütün dünya bilir ki, Qarabağ Azərbaycandır! Bu, faktdır və xalqımız bu həqiqət uğrunda mübarizə aparmağa, canından, qanından keçməyə hazırdır. Bir aydır ki, Komandan – Ordu birliyi öz sözünü deyir. Çünki bugünkü Vətən müharibəsində, bu haqq mübarizəmizdə bizim əsas gücümüz birliyimizdir. Mənfur düşmənin hiylələrinə qarşı cənab Ali Baş Komandanın qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, xalqın vətənə olan sevgisi dayanır. Bugünkü hərbi uğurlarımız da Ali Baş Komandan tərəfindən hərbi potensialımızın gücləndirilməsi istiqamətində məqsədyönlü siyasətin həyata keçirilməsinin nəticəsidir. Ordu quruculuğu dahi Heydər Əliyev tərəfindən hərbi məktəblərin yaradılmasından tutmuş nizami ordu yaradılmasınadək aparılmışdısa, cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun dünyanın güclü ordularından birinə çevrilməsi prosesi səbrlə, təmkinlə həyata keçirildi. Bütün bunlar isə Azərbaycanın gücünü ortaya qoyur, dünyada və regionda yeni dönüş nöqtəsi yaradır, sanki Azərbaycan yumruğunun gücü xalqımızı Böyük Qayıdışa hazırlayır.

Döyüş meydanında Azərbaycan ordusuna uduzaraq havadarlarının lazımi dəstəyini əldə edə bilməyən erməni şərəfsizləri bütün çirkin vasitələrə əl atırlar. Bu çirkin əməllərdən erməni cəmiyyətini və Azərbaycanın işğal olunmuş ərazilərini, bu ərazilərdə olan terrorçuları məhv etməklə Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz qurtaracaqdır. Beynəlxalq aləmin bu gün tutduğu ikili mövqe bu cinayətkarları məsuliyyətə cəlb etməyəcəyi təqdirdə ermənilərin cəzasını Azərbaycan ordusu verəcək.

Abdulkərimova Samiyə,

12 saylı şəhər poliklinikasıın baş həkimi


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ