SON DƏQİQƏ
» » Biz haqq yolundayıq və bu yol bizi Qarabağa aparır

Biz haqq yolundayıq və bu yol bizi Qarabağa aparır

Tarix:

19-10-2020, 09:46

/ 3 169 dəfə oxundu.
Biz haqq yolundayıq və bu yol bizi Qarabağa aparır

Sentyabrın 27-də erməni hərbi birləşmələrinin mülki əhaliyə hücum etməsinə cavab olaraq başlanan döyüşlər 30 ildir gözlədiyimiz ədalətin bərpası, torpaqlarımızı işğaldan azad etmək hüququmuzun təmin edilməsidir və bu hüququ bizə beynəlxalq qanunlar, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı, eləcə də beynəlxalq münasibətlərdə ən ümdə prioritet olan ərazi bütövlüyü prinsipi verir.

Bu prinsipi heçə sayan, beynəlxalq qanunları tapdalayan, hətta Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlərin altına atdıqları öz imzalarına belə hörmət etməyən ölkələr də oldu, amma bizim unutmayacağımız bu haqq mübarizəsində yanımızda olanlardır.

Qardaş ölkə Türkiyə erməni hərbi birləşmələrinin təxribat hücumuna başladığı ilk gündən Azərbaycanın yanında oldu. Bu dəstək davam edir və Türkiyə rəhbərliyi işğala son qoyulana qədər hərbi əməliyyatları dəstəkləyəcəyini bəyan edib. Hərbi əməliyyatların başladığı ilk gündən qardaş Türkiyə "bir millət iki dövlət” kəlamına uyğun davrandı. Türkiyənin bir çox yerlərində Azərbaycanla həmrəylik nümayiş etdirmək üçün Azərbaycan və Türkiyə bayraqları birlikdə dalğalanır. Türkiyə ilə müxtəlif sahələrdə işbirliyimiz gündən-günə möhkəmlənir.

Qardaş Türkiyədən sonra Azərbaycana ən çox dəstək verən ikinci ölkə isə məhz Pakistan oldu. Pakistan qardaş Azərbaycan xalqını dəstəkləyir və onun özünümüdafiə haqqını tanıyır. Pakistan Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyir və bu, yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur.

Azərbaycan-İsrail münasibətləri təkcə bu günün hərbi-siyasi əməkdaşlığına yox, tarixi köklərə söykənir. Azərbaycanda yaşayan yəhudi icmasının Vətənimizin bütövlüyü uğrunda mübarizə aparması da tarixi bağlılıqdan irəli gəlir. İsrail dövləti yəhudilərin Azəbaycanı ikinci Vətən olaraq qəbul etməsini unutmur, biz də bu dövlətin ədalətin yanında olmasını unutmayacağıq.

Bu haqlı mübarizədə Gürcüstanın etibarlı tərəfdaşlığını, Ukraynanın açıq dəstəyini, Bosniya və Herseqovinianın işğalçı ölkənin deyil məhz, Azərbaycanın yanında olduğunu, Əfqanıstanın Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini, Kolumbiyanın Ermənistanın təcavüz siyasətinin qəbuledilməz olduğunu, eləcə də ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bəyan edən mövqeləri bizim bir daha düzgün yolda olduğumuzun bariz nümunəsi oldu.

 

 

Təhmasib Məmiyev,

192 saylı tam orta məktəbin direktoru

 


скачать dle 12.1

Şərhlər