SON DƏQİQƏ

Azərbaycan xalqı öz əsgəri ilə qürur duyur

Tarix:

2-10-2020, 12:47

/ 3 409 dəfə oxundu.
Azərbaycan xalqı öz əsgəri ilə qürur duyur

Ordu ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir.

Dövlətin orduya münasibəti onun öz nüfuzuna, bugününə və sabahına olan münasibətidir. Azərbaycan Ordusu bu gün dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlıqlı ordudur. 27 sentyabrdan başlayaraq bir neçə istiqamətdən müxtəlif növ silahlardan, ağır artilleriyadan mövqelərimizi, yaşayış məntəqələrimizi, kəndlərimizi atəşə tutan Ermənistan dövlət siyasətinin əsasını təşkil edən faşizmə, terrora sadiqliyini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist xislətli dövlətlərə məxsusdur. Güclü ordumuzun apardığı uğurlu əks-əməliyyat nəticəsində düşmən xeyli canlı qüvvə və hərbi texnika itirərək geri oturdulub. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi, strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edilmiş, düşmənə ağır zərbələr vurulmuşdur. Azərbaycanın Milli Ordusunun uğurlu döyüş əməliyyatları Silahlı Qüvvələrimizin 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında düşmənə verdiyi dərsin davamıdır. İyul hadisələrində Azərbaycan Ordusu ilə birlik, həmrəylik aksiyası keçirən, müsəlləh əsgər kimi düşmənə layiq olduğu cavabı verməyə hazır olduğunu bildirən, könüllü olaraq torpaqlarımızın düşməndən azad olunması uğrunda döyüşlərdə iştirak etmək istəyən gənclərimizin mübarizlik ruhu ön cəbhədə döyüşən əsgərlərimizin əzmini daha da artırır.

Dağlıq Qarabağ münaqişəsi başlanan gündən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyanatları ilə bildirən Türkiyə ilə Pakistan yenə də xalqımızla həmrəyliklərini ifadə edirlər. Ermənistanın törətdiyi təxribatlar nəticəsində yaranmış vəziyyətlə əlaqədar beynəlxalq təşkilatlara ünvanlanan məlumatlarda diqqətə çatdırılır ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verilməyəcək. Erməni əsgəri ölmək istəmirsə Azərbaycan torpaqlarından rədd olsun.

Prezident, Ali Baş Komandan İlham Əliyevin «Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» sözləri Azərbaycan əsgərinin mübarizlik, gənclərimizin vətənpərvərlik ruhunu artırır.

 

Eminova Xədicə, 252 saylı orta məktəbin direktoru


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ