SON DƏQİQƏ
» » Azərbaycan öz qanuni torpaqlarının sahibidir və bu sahiblik hüququnu da kimsəyə verməyəcək

Azərbaycan öz qanuni torpaqlarının sahibidir və bu sahiblik hüququnu da kimsəyə verməyəcək

Tarix:

2-10-2020, 13:41

/ 2 996 dəfə oxundu.
Azərbaycan öz qanuni torpaqlarının sahibidir və bu sahiblik hüququnu da kimsəyə verməyəcək

Azərbaycana qarşı yeni hücumlar edən işğalçı Ermənistan hökuməti, nəinki bölgədə, Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükə olduğunu bir daha göstərdi.İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan növbəti dəfə - sentyabrın 27-də səhər saatlarından Azərbaycana qarşı hücuma keçdi və yeni ərazilərimizi işğal etmək məqsədilə hərbi obyektləri və mülki əhalini hədəfə aldı. Dəfələrlə dövlət sərhədimizi pozmağa çalışan ermənilərin qarşısı anında Azərbaycan Ordusu tərəfindən alınıb. Hər zaman ölkəmizin ərazi bütövlüyünü təmin etmək qüdrətinə malik olan Azərbaycan Ordusunun uğurlu əməliyyatları Paşinyan hakimiyyətinin revanş götürmək cəhdini puç edib.

Prezident İlham Əliyev dəfələrlə, xüsusilə son iki ildəbeynəlxalq ictimaiyyətə müraciət edərək Ermənistanın təxribatları, onun yeni işğalçılıq planları, müharibəyə hazırlaşması haqqında məlumat verib və beynəlxalq ictimaiyyəti Erməni faşist dövlətini durdurmağa çağırıb. Amma təəssüf ki, beynəlxalq təşkilatlar və dünya dövlətləri susqunluq göstərdilər.

Ermənistan silahlı qüvvələrinin mülki vətəndaşlarımızı qətlə yetirməsindən sonra başlanan genişmiqyaslı əks-hücumun davam etdiyi bu 5 gün ərzində qardaş, dost Türkiyədən, Pakistandan, Ukraynadan, İsraildən və başqa bir sıra ölkələrdən, beynəlxalq təşkilatlardan tam dəstək gördük. Lakin digər dövlətlər və təşkilatlar növbəti dəfə ikili yanaşma tətbiq etdilər, dırnaqarası məsləhətlər verdilər. Buradan da Azərbaycana qarşı qərəzli mövqe, ikili standartlı yanaşma açıq-aşkar görünür.

Müstəqil Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Tutduğumuz yol haqq yoludur və bu yol bizi Qarabağa aparacaq!

Hacıyev Nəbi, YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ