SON DƏQİQƏ
» » Qarabağ torpağım uzun illər idi ki, ordumuzu gözləyirdi

Qarabağ torpağım uzun illər idi ki, ordumuzu gözləyirdi

Tarix:

14-10-2020, 09:18

/ 3 430 dəfə oxundu.
Qarabağ torpağım uzun illər idi ki, ordumuzu gözləyirdi

1988-ci ilin fevral ayının 22-dən başlayan Qarabağ müharibəsi 32 il idi ki, səngimək bilmir və1994-cü ildən atşkəs elan olunsa da zaman-zaman ermənilər cəbhə bölgələrində həmvətənlərimizə güllə atıb, onlara xəsarət yetirir və çoxlu insanlarımız da şəhid olurdular. Hətta həmin vaxtlardan yaradılan Minsk qrupu axırıncı səkkiz ildə Amerika, Rusiya və Fransanın həmsədrliyi ilə həmişə birtərəfli mövqe tutub, hayasızcasına ermənilərə köməklik edirdilər. Onların yeganə bir məqsədi vardı: "Nəyin bahasına olursa-olsun Qarabağı bütövlükdə ermənilərə vermək”.

Ona görə də dəfələrlə ölkə başçımız cənab İlham Əliyevin sülh danışıqlarına, erməni prezidentlərinin və sonda isə baş nazir Nikol Paşinyanın əli ilə əngəllər törədirdilər. Gah söz verirdilər ki, sizə beş rayonu verəcəyik. Gah yeddi rayon deyilirdi. Gah da deyirdilər ki, siz qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti ilə söhbət eləyin və görün onlar nə deyirlər.Təsəvvür edin ki, iş o yerə gəlib çatmışdı ki, öz xalqını yalan vədlərlə aldadaraq baş nazir olan, küçə düşüncə tərzli Paşinyan hətta usanmadan, çəkinmədən, öz havadarlarına arxayın olub, Şuşaya gəlib, çaxırdan içərək, orada Yallı da getdi və erməni gavurlarına söz verdi ki, biz Şuşanı Ermənistanın paytaxtı edəcəyik.Bundan sonra biz Arsaq Respublikası olacağıq... Bu, artıq hayasızlığın son həddi idi... Çünki o, İmam Əlinin bu sözlərindən xəbərdar deyildi: "Bir kəsin ki, ixtiyarı, cilovu nəfsin, ağılsızlığın əlindədir, o, ölümə doğru gedir”. Bax, Paşinyan elə ağılsızlıq etməklə, indi müharibədə uzduzmaqla və tezliklə, Ermənistana çoxlu cəsədlər getməklə, ermənilər onu parça-parça edəcəklər.

Artıq 32 il gözləyən xalqımız toparlandı və 2020- ci ilin sentyabr ayının 27-dən Qarabağda erməni gavurları olan düşmənlərimizə çox layiqli cavablar verməyə başladı. Az bir vaxtda rəşadətli ordumuz döyüş bölgələrində üstünlüyü ələ keçirdi və düşmənə layiqli cavab verməklə az bir vaxtda çoxlu yaşayış məntəqələrimizi, döyüş üçün çox vacib olan çoxlu yüksəklikləri ələ keçirdi. Rəşadətli əsgərimiz, Suqovuşanda erməni bayrağını bir əsgi kimi kənara atıb, orada üçrəngli Azərbaycan bayrağını dalğalandırdı. Cəbrayılın və Horadizin alınması xalqımız üçün çox böyük sevinc oldu. Xalqımız tam əmin oldu ki, az bir vaxtın içərisində Qarabağ erməni gavurlarından tam təmizlənəcək.

Baxmayaraq ki, qısamüddətli atəşkəs elan olunub, amma ermənilər bizim fikrimizlə razılaşmasalar, rəşadətli ordumuz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda qələbəyə doğru çox inamla irəliləyəcək. Deməli, tezliklə üç rəngli bayrağımızı Şuşada, Xankəndində ucaldacağımızgünlərə çox az qalıb. Bütün bu xoş xəbərləri eşitdikcə bütövlükdə xalqımız sevinc göz yaşları ilə bir-birini salamlayır. Bax biz, bu sevinci necə də böyük ümidlə gözləyirdik…

Biz əvvəllər də 2016-cı ilin aprel və 2020-ci ilin iyul ayında da ermənilərlə üz-üzə gəlib, onlara layiqli cavablar vermişdik. Amma həmin vaxtı ermənilərin havadarları olan bəzi super güclü ölkələr bizə imkan vermədi ki, döyüşlərimizi uğurla davam etdirək. Artıq bütün bunlardan cana doyan Azərbaycan xalqı Ali Baş Komandanımızın rəhbərliyi və qardaş Türkiyənin dəstəyi ilə yenidən döyüşləri bərpa elədi. Artıq bu döyüş də bizim Qarabağda Böyük Vətən Müharibəmiz hesab olunur. Və çox sevindirici haldır ki, xalqımız arasında çox böyük milli birlik yaranıb və bir millət olaraq iqtidar da, müxalifət də bir yumruq kimi birləşərək, düşmənə layiqli cavablar verir. Bu müharibədə xalq arasında çox böyük ruh yüksəkliyi var. Hamı arxa cəbhədə olan cavanlarımızı döyüş bölgələrinə çox böyük şadyanalıqla, yüksək əhval-ruhiyyə ilə yola salır. Xalqımızın bu böyük əhval-ruhiyyəsini qoruyub saxlaması üçün bu gün biz ziyalılarıdan, ağsaqqallardan daha çox şey tələb olunur. Biz özümüzün böyük düşüncəmiz, müdrik ağlımız ilə bu gün ön cərgədə olmalıyıq. Xalqımızı qələbələrə daha çox ruhlandırmalıyıq. Artıq xaricdə yaşayan azərbaycanlılar da, yaşadıqları ölkədə böyük yürüşlər keçirməklə Azərbaycanın yanında olduqlarını lazım olan şəkildə göstərirlər. Buna sübut olaraq, oktyabr ayının 3-də Almaniyanın ən böyük şəhərlərindən biri olan Düsseldorf şəhərində, Almaniyada yaşayan türklər və azərbaycanlıların birgə keçirdikləri nəhəng yürüş buna əyani sübutdur.. Orada səslənən bu şüarlar da hamımızın ürəyincə oldu: "Rus, fars, erməni- Azərbaycan düşməni”. "Rus, fars, erməni- bunlar türkün düşməni”.

Bu şüarlar mənə elə gəlir ki, Azərbaycanda da hər yerdə deyilməli və yazılmalıdır ki, xalq bizim düşmənlərimizin kimlər olduğunu aydınca bilsin. Amma bu şüar belə deyilməlidi: "Rus, fars, fransız, erməni- türkün düşməni”! Eləcə də başqa xarici ölkələrdə bununla başlı Diaspor təşkilatlarımız çox böyükişlər görür.

Beləliklə, bir daha vurğulayıram ki, bu müqəddəs işdə də ziyalılar öndə getməli və xalqı öz ardlarınca aparmalı, hamımız birlikdə Ali Baş Komandan, cənab prezidentimiz İlham Əliyevin yanında olmalıyıq. Əgər Prezidentimiz bu gün hansısa xarici ölkə rəhbərləri ilə danışıqlar aparırsa, deməli, o, bizdən çox şeyi yaxşı bilir və məqsədyönlü siyasət aparır. Əsas məsələ odur ki, cənab prezidentimiz deyir ki, biz, heç bir kompramisə getməyəcəyik. Qarabağ Azərbaycanın torpağıdır və həmişə də Azərbaycanın torpağı olacaq və tezliklə, Qarabağın hər yerindən Azərbaycanın üçrəmgli bayrağı dalğalanacaq. Onun bu qətiyyətli çıxışlarını da xalqımız böyük ruh yüksəkliyi ilə dəstəkləyir.

Azərbaycan xalqı bu gün belə maraqlı deyim qarşısında qalıb və onu hökmən icra etməlidir: "Mərdanəliyimizlə taleyin zərbələrinə dözüb, ağlımızla, gücümüzlə qələbə çala bilərik. Elə buna görə də atalarımız bu misalı deyib: Ağıl olan yerdə gücə heç bir hacət yoxdur”. Ölkə başçımızın ağlı, iti düşüncəsi, məqsədyönlü siyasəti bizi qələbələrə doğru aparır.

 

Şakir HƏSƏNOV,

"Az.Termoizol” ASC-nin sədri,

Beynəlxalq "Sokrat” mükafatı laureatı,

"Tərəqqi” medallı, "Əmək” ordenli


скачать dle 12.1

Şərhlər