SON DƏQİQƏ
» » Daha 126 nəfər koronavirusa yoluxdu: ölənlər var

Daha 126 nəfər koronavirusa yoluxdu: ölənlər var

Tarix:

31-08-2020, 16:26

/ 4 684 dəfə oxundu.
Daha 126 nəfər koronavirusa yoluxdu: ölənlər var

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada koronavirusdan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib, 2 054 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 042, bu günə qədər isə ümumilikdə 922 069 test icra olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ