SON DƏQİQƏ
» » Daha 184 nəfər koronavirusa yoluxdu: ölənlər var

Daha 184 nəfər koronavirusa yoluxdu: ölənlər var

Tarix:

22-08-2020, 18:44

/ 4 863 dəfə oxundu.
Daha 184 nəfər koronavirusa yoluxdu: ölənlər var

Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına 184 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada koronavirusdan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35 105 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 842 nəfər müalicə olunaraq sağalıb, 515 nəfər vəfat edib, 1 748 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 557, bu günə qədər isə ümumilikdə 868 345 test icra olunub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ